Rinoviruslar koronavirusun yayılmasının qarşısını alırmış


İnsan orqanizmində soyuqlama nəticəsində yaranan respirator viruslar koronavirusdan qismən müdafiəni təmin edir.

HİT.Az-ın xəbərinə görə, Qlazko Universitetinin mütəxəssislərinin apardıqları araşdırmalar belə nəticəyə gəlməyə əsas verib. Tədqiqatların nəticələri "Journal of Infectious Diseases" elmi jurnalında dərc edilib.

Məlum olub ki, insan orqanizminə xas rinovirus anadangəlmə immun cavabını aktivləşdirir və bu SARS-CoV-2 virusunun nəfəs yollarında replikasiyasını bloklayır.

Tədqiqatçı qrup tərəfindən tətbiq edilmiş riyazi model göstərib ki, virusların bir-birinə qarşılıqlı təsiri bütün populyasiya dövründə effektli ola və rinovirusun geniş yayılması yeni koronavirus hallarının yaranmasının qarşısını ala bilər. Rinoviruslar yalnız nəfəs yollarında yerləşən hüceyrələri yoluxdurur. Bu viruslar kəskin respirator virus infeksiyaları qrupuna daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu