Ermənistanda daha 12 nəfər koronavirusdan ölüb

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 190 741-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 3 476-ya yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 882 nəfərdir. İndiyədək 172 096 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 14 287 aktiv koronavirus xəstəsi var.