Milyoner Bağdasarov metroda qatarın altına düşüb öldü


Bir neçə gün əvvəl Moskvada "Dmitrovskaya" metrostansiyasında qatar altında qalaraq dünyasını dəyişən şəxsin kimliyi məlum olub.



AFN
Virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Komsomolskaya pravda" xəbər verib. Həmin şəxsin rus iş adamı Valeri Bağdasarovun olduğu üzə çıxıb

İnsident martın 21-də baş verib. Bağdasarov qatarın altından çıxarılan zaman ölmüş vəziyyətdə olub. Bildirilir ki, biznesmen uzun müddətdir ki, metrodan istifadə etməyib və kadrlardan görünür ki, o, bilərəkdən özünü qatarın altına atıb.

"Qatarın təkərləri kişinin başını üzüb. Belə şəraitdə yaşamaq üçün heç bir şansı yox idi. Ölən kişinin cəsədi relslərdən qaldırılaraq məhkəmənin morquna aparılıb", - hüquq-mühafizə orqanlarından bildirilib.

İstintaq Valeri Baqdasarovun relslərin üzərinə hansı səbəbdən uzanmasını araşdırır.

Valeri Bağdasarov - görkəmli rus təşəbbüskarıdır. Kənd Təsərrüfatı Sənaye Qrupu QSC PG Alsiko-nun təsisçisi və direktorlar şurasının sədridir. Üzv şirkətlər yalnız Rusiyada deyil, xaricə də ixrac olunan pestisid və gübrələrin tam çeşidini istehsal edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu