Qatarın altında ikiyə bölünən gənc barədə məlumat: "Deyibmiş ki..."




Xaçmazda qatarın vurub öldürdüyü gənclə bağlı yeni məlumatlar üzə çıxıb.



Çarxı kənd bələdiyyəsindən Lent.az -a verilən məlumata görə, 20 yaşlı Mehdiyev Ağacan Maqsud oğlu özünü qatarın altına atıb. Onun hansı səbəbdən bunu etdiyi isə hələki dəqiq bilinmir:

“Ağacan Mehdiyevin özünü qatarın altına atdığını deylir. Amma hansı səbəbdən bu əməli törətdiyi dəqiq bilinmir. Qohumlar və qonşular Ağacanın hələ iki-üç gün əvvəl özünü qatarın altına atmaq fikrinə düşdüyünü söylədilər. Dəqiq bilmirik, əsəb problemi var imiş, yoxsa yox. Hələ ki, bunu hansı səbəbdən etdiyini deyəbilmərik”.

***

Xaçmaz rayonunda ölüm hadisəsi qeydə alınıb.

APA -nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çarxı kəndi ərazisində baş verib.

Xaçmaz rayonu, Çarxı kənd sakini 1999-cu il təvəllüdlü Mehdiyev Ağacan Maqsud oğlunu dəmiryol xəttində qatar vurub. 20 yaşlı gənc hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu