Hamının gözlədiyi suala CAVAB: Qərargah üzvü AÇIQLADI - Karantin sərtləşdiriləcəkmi?
Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Karantin rejimi nə zaman sərtləşdirilə bilər? - AÇIQLAMA - Gallery Image
Deputat ümidvar olduğunu bildirib ki, zaman çərçivəsində epidemioloji vəziyyət nəzarət altına alınacaq:
“Epidemioloji vəziyyətin nəzarət altına alınmasında isə əvvəlcə cəmiyyətin bu hadisələrə kütləvi şəkildə olan reaksiyası vacibdir, çünki bu reaksiya olmadan, cəmiyyət kütləvi şəkildə epidemioloji vəziyyətin diqtə etdiyi 3 preventiv tədbiri tətbiq etmədiyi müddət içərisində dövlətin görmüş olduğu bütün işlərə baxmayaraq, nəticə almaq qeyri-mümkündür.
İkincisi, dövlət sadəcə yoluxma rəqəmlərinə baxaraq deyil, həm də ölkədəki bir çox faktorları nəzərə alaraq gələcəkdə qapanmalar haqqında qərar verə bilər. Bunlar nədir? İnsan resursları, xüsusən, səhiyyə sahəsində, xəstəxanalardakı resurslar və eləcə də ölkədəki ümumi vəziyyətdə bir çox parametrlər aidiyyəti qrumlar tərəfindən analiz olunaraq gələcəkdə cəmiyyət üçün, xüsusən xəstələnən və yoluxan insanlar üçün, onların müalicəsinin təşkili üçün təhlükə ortaya çıxdığı anda əlbəttə ki, karantin rejiminin sərtləşməsi qaçılmaz ola bilər. Amma ötən bir ilin təcrübəsi göstərdi ki, məcbur qalmadıqca heç bir ölkə sərt karantin rejiminə getmək istəmir, çünki bunun faydadan çox zərəri olduğu hamıya məlumdur”.