İnfeksionist alim: “Pandemiyalar zamanı dalğa sözü yoxdur...”


"1-ci dalğa, 2-ci dalğa, 3-cü dalğa... Elmi ədəbiyyatlarda epidemiyalar və pandemiyalar zamanı dalğa sözü yoxdur”.



Bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib. İnfeksionist bunun dalğa yox, epidemik alovlanma olduğunu vurğulayıb:

"İnfeksiyalar zamanı epidemik proseslər nəticəsində epidemik alovlanma baş verir ki, bu da yüksək yoluxma səviyyəsinə səbəb olur. Bir infeksiya epidemiyaya səbəb olursa, epidemiya dövründə bir və yaxud bir neçə dəfə bioloji və sosial amillərin təsiri nəticəsində yenidən epidemik alovlanma baş verə bilər. Nəticədə isə növbəti dəfə epidemik alovlanma baş verir”.//qaynarinfo.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu