Ermənistan MTX-nin keçmiş əməkdaşı özünü güllələyərək öldürüb


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş əməkdaşı atasının qəbri üstündə özünü güllələyərək intihar edib.



“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hadisə ölkənin Vanadzor vilayətində yerləşən “Konqo” qəbiristanlığında baş verib.

Xüsusi xidmət orqanının sabiq əməkdaşı, 31 yaşlı Hayk X. “Makarov” tipli tapançadan başına atəş açıb. Hadisə şahidləri təcili yardım çağırıblar və onu hospitala çatdırıblar. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu