Ermənistanda polis əməkdaşı özünü güllələyərək intihar edib


Ermənistanın Eçmiadzin şəhərindəki mədəniyyət evində gənc polis çavuşunun meyiti aşkarlanıb.



“Report” xəbər verir ki, bunu ölkə Polisinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsi rəisinin müavini Edqar Canoyan “Novosti Armeniya”ya bildirib.

Onun sözlərinə görə, polis əməkdaşı tabel silahı ilə özünü güllələyib. Lakin E.Canoyan hadisə ilə bağlı əlavə məlumat verməkdən imtina edib.

Hadisənin səbəbi araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu