Bir qrup erməni hüquqşünas prezident seçkisinin qanuniliyinin yoxlanılmasını tələb edib


Bir qrup erməni hüquqşünas Armen Sarkisyanın prezidentliyə seçilməsinin qanuniliyinin yoxlanılması tələbi ilə Baş Prokurorluğa müraciət edib.



“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Hüquqşünaslar Birliyinin rəhbəri Ara Zöhrabyan bildirib.

“Armen Sarkisyan 2003-2012-ci illərdə Birləşmiş Krallıq vətəndaşlığına sahib olub və 2 mart 2018-ci ildə prezident seçilib. Bu vəziyyətdə namizədin son ​​altı ildə yalnız Ermənistan vətəndaşlığına sahib olması tələbi təmin edilməyib. Sarkisyan yalnız Britaniya vatandaşlığının etibarlılığının 1 mart 2012-ci tarixindən əvvəl sona çatması halında prezident seçilə bilərdir”, - o söyləyib.

Müraciəti, təxminən, 50 erməni hüquqşünas imzalayıb.

Qeyd edək ki, Sarkisyan Ermənistanın prezidenti seçildiyi 2018-ci ilə qədər respublikanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışıb. Onun ailəsinin bir hissəsi hələ də orada yaşayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu