Ərdoğan: “Dağlıq Qarabağdakı 67 məsciddən 63-ü dağıdılıb, kilsələr yerlə-yeksan edilib”


“Əziz qardaşım cənab İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağdakı Zəfərləri münasibətilə öz adımdan və millətim adından təbrik edirəm. 44 gün davam edən dastanvari mübarizədən sonra 30 illik işğal sona çatıb. Dağlıq Qarabağ yenə Ana Vətənə qovuşub”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında söyləyib.

“Dağlıq Qarabağ bölgəsindəki 67 məsciddən 63-ü dağıdılmış, bununla yanaşı kilsələr də yerləyeksan edilib. Heç bir zaman Xocalı qətliamını bir kənara qoya bilmərik. Qətlə yetirilən qardaşlarımızı rəhmətlə yad edirəm. Qarabağdakı türk mirasının qorunmasında Azərbaycanın yanında olacağıq”, - o vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu