BMT Baş Assambleyasının sədrinin Azərbaycana səfərinin tarixi və proqramı açıqlandı


BMT Baş Assambleyasının Sədri Volkan Bozkır aprelin 8-9-da Azərbaycanda səfərdə olacaq.

Bu barədə BMT-dən məlumat verilib.

Bildirilib ki, səfər zamanı V.Bozkırın Azərbaycan Prezidenti İlham Əliyev, Xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşləri nəzərdə tutulub.

Xatirladaq ki, BMT Baş Assambleyasının Sədri Volkan Bozkır 1-12 aprel tarixlərində Türkiyə, Qətər və Azərbaycana səfər edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu