Usta maşınını təmirə aparan sürücünü bıçaqladı


Gəncə şəhərində avtomobilini təmir etdirmək üçün gələn şəxs bıçaqlanıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin təmir sexlərindən birində baş verib.

Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Emin İsmayılov bıçaq yarası ilə xəstəxanalardan birinə gətirilib.

Lazımi tibbi yardım göstərilən şəxsin vəziyyəti qənaətbəxşdir.

İlkin məlumata görə, 38 yaşlı avtomobil sahibini avtomobil ustası bıçaqlayıb.

Hadisə pul üstündə düşən mübahisə zəminində baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu