Siyasi partiyaların MSK-ya hesabat vermə müddəti başa çatıb


Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət bu gün başa çatıb.

AFN-in xəbərinə görə, bu ilin əvvəlindən dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 36-sı illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər partiyalar isə MSK-ya hesabat təqdim etməyib.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu