Parlament partiyalarının 6-sı MSK-ya hesabat verib
Mərkəzi Seçki Komissiyasına (MSK) indiyə qədər 2019-cu il üzrə maliyyə hesabatını təqdim edən parlamentdə təmsil olunan partiyaların adları açıqlanıb.
VI çağırış Milli Məclisində təmsil olunan 8 siyasi partiyadan 6-sı MSK-ya 2019-cu il üzrə maliyyə hesabatını təqdim edib.
Bunlar, Yeni Azərbaycan Partiyası (YAP), Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Böyük Quruluş Partiyası (BQP), Ana Vətən Partiyası (AVP), Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) və Demokratik İslahatlar Partiyasıdır.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) və Vəhdət Partiyası hələ ki, MSK-ya maliyyə hesabatı təqdim etməyib.