Ermənistan Rusiya vətəndaşlığı daha çox verilən ilk 4 dövlət sırasındadır


Ermənistan sakinləri daha çox Rusiya vətəndaşlığı alan 4 ölkədən biridir.



“Report” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin saytı bildirib.

Məlumata görə, 2020-ci ildə daha çox Ukrayna, Tacikistan, Qazaxıstan və Ermənistan sakinləri Rusiya vətəndaşlığını qəbul edib.

Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin Əhalinin məskunlaşması və demoqrafiyasının iqtisadiyyatı laboratoriyasının müdiri Olqa Çudinovski deyib ki, bu ölkələr əvvəllər də liderlər siyahısında olublar.

DİN-in məlumatına görə, 2021-ci ilin ilk iki ayında təxminən 100 xarici ölkə vətəndaşına və vətəndaşlığı olmayanlara Rusiya vətəndaşlığı verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu