Ağdaşda digərlərinin sağlamlığına təhlükə yaradan şəxs saxlanılıb
AFN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayon sakini Bəxtiyar Mürsəliyev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.
O, şəhər ərazisində yerləşən mağazaya gəlib və digər vətəndaşların da sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən həmin şəxs evinə geri qaytarılıb.
B.Mürsəliyev barəsində Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.