“Fitch” neft qiymətlərinə dair yeni proqnozunu açıqlandı

"Brent” markalı neftin qiyməti 50-60 ABŞ dolları ətrafında dəyişəcək.
"Report” xəbər verir ki, bu barədə "Fitch”in təbii ehtiyatlar və xammal qrupunun rəhbəri Dmitriy Marinçenko "TASS”a "qara qızıl”ın 5 faiz ucuzlaşması şərh edərkən bildirib.
Onun sözlərinə görə, neftin kəskin dəyərdən düşməsini gözləmək lazım deyil. Belə ki, neft bazarında hələ də qıtlıq mövcuddur.
""Brent” markalı neftin qiymətinin düzəliş nəticəsində 50-60 ABŞ dolları aralığında dəyişəcəyi istisna edilmir. Bu qiymət Rusiya da daxil olmaqla əksər neft istehsalçıları üçün məqbuldur”.