DİN: Karantin postlarda heç bir hazırlıq işi görülmür
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının yenidən işlək vəziyyətə gətirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”a bildirib ki, ölkə ərazisində sərt karantinin tətbiq olunması ilə bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilir:
“Operativ Qərargah hələ ki, belə bir qərar verilməyib. Karantin postlarında isə heç bir hazırlıq işi görülmür”.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının yenidən işlək vəziyyətə gətirilməsi ilə bağlı foto yayılıb. İstifadəçilər iddia edirlər ki, yaxın günlərdə yenidən sərt karantin tətbiq olunacaq və hazırda bu prosesə hazırlıq işləri görülür.