Peyvəndləmə sahəsində səlahiyyət TƏBİB-ə verilib?
Qanunvericiliyə dəyişikliklə bağlı qanunverici orqandan TƏBİB-ə rəsmi sənəd daxil olmayıb.
Bunu Qaynarinfo-ya açıqlamasında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış Səhiyyə Nazirliyinin immunoprofilaktikanın həyata keçirilməsi sahəsində səlahiyyətinin ləğv edilərək TƏBİB-ə verilməsinə aydınlıq gətirərkən deyib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin immunoprofilaktikanın həyata keçirilməsi sahəsində səlahiyyəti ləğv olunur. Layihəyə əsasən, immunoprofilaktikanın həyata keçirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), yəni TƏBİB təmin edəcək.
Xatırladaq ki, yoluxucu xəstəliklərin immunoprofilaktikası profilaktik peyvəndlər vasitəsi ilə yoluxucu xəstəliklərin qarşısının alınması, yayılmasının məhdudlaşdırılması və ya ləğv edilməsidir.