Gəncəli Alberti öldürən şəxs belə ələ keçdi: Qətlin səbəbini açıqladı - ANBAAN VİDEO
Rusiyanın paytaxtı Moskva şəhərindəki fitnes mərkəzində güllələnən “Albert Rıjiy” ləqəbli avtoritet Əli Heydərovun qatili ələ keçib.
AFN Baku TV-yə istinadən xəbər verir ki, qatilin yaxalanması barədə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi rəhbərinin köməkçisi Yuliya İvanova məlumat verib.
Bildirilir ki, kriminal avtoriteti Mətləb Sultanov adlı şəxs qətlə yetirib. O, hadisəyə səbəb kimi kriminal avtoritetin onu söyməsini göstərib.