Tovuzda orta məktəbin 2 sinfi COVID-19 səbəbindən bağlanıb


Tovuz rayonunda orta məktəbin 2 sinfi distant təhsilə keçib.



"Report"un Qərb mərkəzinin məlumatına görə, buna səbəb məktəbin müəllimlərindən birinin koronavirus pandemiyasına yoluxması olub.

Belə ki, rayonun İsakənd tam orta məktəbində bir müəllimdə COVID-19 testinin cavabları pozitiv olduğu üçün müəllimin dərs dediyi iki sinif bağlanıb. Şagirdlər müvəqqəti olaraq onlayn təhsil alacaqlar.

Məktəb rəhbərliyi tərəfindən şagirdlərin valideynləri məlumatlandırılıb, sinif otaqları xüsusi məhlullarla dezinfeksiya edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu