ABŞ-ın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb
ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova aprelin 15-də keçirdiyi həftəlik ənənəvi brifinqdə bildirib.
ABŞ prezidenti Cozef Baydenin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalarla bağlı səfirdən izahat istəyiblər.
M.Zaxarova görüş barədə əlavə məlumat verəcəklərini bildirib.