İtaliya və Niderlandın səfirləri Rusiya XİN-ə çağırılıb


İtaliyanın Rusiyadakı səfiri Corco Staraçe fevralın 17-də Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.


“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, İtaliya səfirinin çağırılmasına səbəb bu yaxınlarda bir sıra rusiyalı ifaçının İtaliyadakı çıxışlarının ləğv edilməsi olub.

Qeyd edilib ki, Rusiya İtaliyadan gələn mədəniyyət xadimlərinə məhdudiyyətlər qoymaq niyyətində deyil.

Bundan başqa, ötən gün Niderlandın Moskvadakı səfiri Hilles Arno Beshoor da Rusiya XİN-ə çağırılıb. Rusiya XİN-in bəyanatında məlumat verilib ki, Niderland hakimiyyətindən “MH-17” təyyarəsinin vurulmasına görə məsuliyyətin Rusiyanın boynuna qoyulmasını dayandırması tələb olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu