Covid peyvəndləri birinci dozadan da təsirli olur


Dünyanın bir çox yerində Covid-19 epidemiyasına qarşı mübarizədə peyvənd proqramları davam edərkən, bir doza peyvəndin təsiri və iki doza arasındakı müddətlə əlaqədar fərqli qiymətləndirmələr aparılır.


İngiltərədə aparılan bir araşdırma, bir peyvənddən sonra bütün yaş qruplarında virusa yoluxma nisbətinin düşdüyünü ortaya çıxarıb. Milli Statistika Ofisi və Oxford Universiteti tərəfindən 370 min nəfərlik bir araşdırmada Pfizer / BioNTech və AstraZeneca / Oxford peyvəndlərinin bir dozasının belə təsirli olduğu təsbit edib. Birinci peyvənd dozasından sonra Covid olma nisbətinin 65 faiz azaldığı məlum olub. 2020-ci ilin dekabrından 2021-ci ilin aprelinədək dövrdə yoluxmuş və xəstələnmə nisbətində azalma 74 faiz, asemptomatik hallar isə 57 faiz azalıb.

İngiltərə peyvəndlənən insan sayını artıraraq sosial müdafiəni ön plana çəkmək üçün peyvənd dozaları arasında 11 ilə 12 həftə arasında bir müddət qoyur. Bununla yanaşı, elm aləmindən gələn xəbərdarlıqlar, bir çox peyvəndin iki dozada tam qorunma təmin edəcək şəkildə hazırlandığına diqqət çəkir.

Üstəlik üçüncü dozanın belə tələb oluna biləcəyi bildirilsə də, bəzi ölkələr artıq üçüncü doz peyvənd üçün sifariş verməyə və razılaşmalara başlayıblar. İngiltərədəki London İmperial Kollecinin professoru Danny Altmann yanvar ayında "İkinci dozanın bu qədər həyat əhəmiyyətli görünməsinin səbəbi immunitet sisteminizi dəqiq tənzimləməsidir" deyib.

Surrey Universitetinin professoru Deborah Dunn-Walters isə immunitetin inkişaf etməsi üçün vaxt tələb olunduğunu vurğulayır və tək bir doza qəbul edilib edilməməsindən asılı olaraq bir neçə həftə qorunmayacağınızı bildirir. Doğuşdan gələn immunitet sistemi infeksiyanın dəri kimi fiziki maneələrdən keçməsinin qarşısını alır. Ancaq bunun xaricində adından da göründüyü kimi qazanılmış immunitet var, bunun inkişafı üçün vaxt keçməlidir. Buna görə qlobal peyvənd paylanması həyəcanverici olsa da, normal həyata qayıtmaq üçün bir az gözləmək lazım olacaq.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu