“Pfizer”dən üçüncü doza ilə bağlı AÇIQLAMA
Koronavirusa qarşı “Pfizer” peyvəndinin ikinci dozasından beş-səkkiz ay sonra vurulan üçüncü dozasının anticisim səviyyəsini 3.3 dəfə artırdığı məlum olub.
Bu barədə şirkət yazılı məlumat verib.
Bunun üçün sınaqlarda 300 nəfərdən çox insan iştirak edib.
Hələ bütün detalları açıqlanmayan araşdırmada iştirak edənlərdə üçüncü doza peyvəndin yan təsirlərinin ikinci dozadan fərqli olmadığı bildirilib.