Məktəbəhazırlıq qruplarına qeydiyyat nə vaxt başlayır?


"Məktəbəhazırlıq qruplarına qeydiyyat tarixi hələ dəqiqləşməyib".



Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov "Report"un sualını cavablandırarkən deyib.

O qeyd edib ki, qeydiyyatın yay aylarında, iyun-iyulda olması gözlənilir: “Lakin pandemiya şəraiti və digər səbəblərlə əlaqəli proses uzadıla və ya əvvələ çəkilə bilər. Fəaliyyət planı üzrə dəqiq qrafik müəyyən olunduqda ictimaiyyətə açıqlanacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu