Türkiyə PA-nın rəsmisi Los-Ancelesdə Azərbaycan bayrağının yandırılmasını qınayıb


"ABŞ-da bir qrup ekstremist erməni tərəfindən Azərbaycan bayrağına bürüdülmüş müqəvvanın asılaraq edam edilməsinin sevinclə qarşılanması və azərbaycanlıların açıq-aşkar təhdid olunduğu nümayişin keçirilməsi aparılan təşviqatın nəticəsidir".

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun tvitterdə yazıb.

"1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulunu şəhid edən erməni terrorçu Hampinq Sasunyan mart ayında sərbəst buraxılıb. Bu qatillərin cəzasız qalmasının sadəcə yeni nəsil ekstremistlərin tərəfdarlarının cəsarətləndirilməsinə xidmət edəcəyi barədə xərəbdarlıq etmişdik.

Tarixi təhrif etmək ABŞ-da yaşayan azərbaycanlıları təhdid edən erməni ekstremistlərini daha da cəsarətləndirir. Bu vəziyyətdən narahatıq. Bütün təhdidlərə qarşı Azərbaycanın yanında olduğumuzu bildirir, ABŞ rəhbərliyini lazım olan tədbirləri görməyə çağırırıq. Mayın 1-də Los-Ancelesdə erməni terrorçular tərəfindən şəhid edilən diplomatlarımızla bağlı sərgimiz açılacaq", - o vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu