İlham Əliyev: "Göstərirəm ki, şəxsi heyət mənim kimi məşğul olsun"


Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı zamanı yeni hərbi maşınlarla tanış olub və onlardan birini idarə edib.



AFN xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev çıxışında maşınların yeni alındığını bildirib.

Elçin Quliyev: Cənab Prezident, bu isə növbəti qayğınızın təzahürüdür. Bu maşınlar yeni alınmışdır və Sizin göstərişiniz üzrə bizim çevik heyətimizə təqdim olunub. Möhtərəm cənab Prezident, Sizin verdiyiniz xüsusi göstərişin icrası üzrə 44 günlük Vətən müharibəsinin ən itisürətli hücumu məhz bu ərazidən başlayıb.

Dövlət başçısı hərbi hissənin idman zalında olub.

Prezident İlham Əliyev: Bunu çək, bu birini. Bu, ancaq isinmə hərəkətidir. Göstərirəm ki, şəxsi heyət mənim kimi məşğul olsun və 59 yaşında bunları edə bilsin. İndi gəl bunu çək.

İdmançılar bilirlər ki, burada bir az qaydaları pozmuşam. Ancaq 59 yaşında 40 kiloqramla qaydaları pozmasan olmur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu