Azərbaycanda yumşaldılmalar bu tarixdə ola bilər - AÇIQLAMA


"Azərbaycan səhiyyəsi son bir ayda artan dalğa qarşısında yüklənmiş vəziyyətdədir. Buna uyğun olaraq dövlətin adiyyəti qurumları tədbirlər görürlər. Hər bir dalğanın ortalama bir-iki aylıq yüksəlmə və düşmə reallığı var".



AFN xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin sədrinin müavini Rəşad Mahmudov bildirib.

Deputat hesab edir ki, qarşıdakı bir-iki həftə ərzində dalğanın sönməsi və səhiyyə üçün yük yaratmayacaq rəqəmlərə çatacağı ilə üzləşəcəyik:

"Ümid edirəm ki, yayın gəlməsi və dəniz mövsümünün başlaması ilə əlaqədar, həm də rəqəmlərin bu şəkildə aşağı düşməsindən sonra hökumət insanların normal həyata dönməsinə uyğun qərarlar verəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu