Sergey Lavrov Azərbaycana səfər edəcək
![](https://static.report.az/photo/75c25c75-6690-35c1-bc55-95793a366ffa_850.jpg)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 10-11-də Bakıya işgüzar səfərə gələcək.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq.
Lavrov mayın 5-6-da Yerevana yollanacaq.