Azad Rəhimovun dəfn mərasimi məhdud çərçivədə keçiriləcək
Ötən gün vəfat edən Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.
Bu barədə nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, mərasim mərhumun ailə üzvləri olmaqla təşkil olunacaq:
"Dəfn mərasiminin harada və nə vaxt olacağı barədə mənə heç bir məlumat verilmir. Belə başa düşürəm ki, ictimai xadim olduğuna görə cənab nazirin dəfni dövlət səviyyəsində həyata keçiriləcək”.
Qeyd edək ki, Azad Rəhimov ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.