“Mən Qarabağam!” gənc dizaynerlərin gözü ilə adlı sərgi keçiriləcək
Odlar Yurdu Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə 16 mart 2021-ci il tarixində start götürən “Mən Qarabağam!” gənc dizaynerlərin gözü ilə adlı yaradıcılıq layihəsinin yekunu olaraq, 6 may 2021-ci il tarixində, saat 11:00-da sərginin açılış mərasimi keçiriləcək.
Tədbir zamanı sərgi iştirakçıları təqdim olunan işlərlə tanış olacaq və sonda komandalar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.
Sərgi 10 may tarixinədək ziyarətçilər üçün açıq olacaq.
Ziyarətçilərin nəzərinə: Tədbirdə pandemiya şəraitinə uyğun olaraq bütün zəruri tədbirlər həyata keçiriləcək.