Direktor: "Şuşada "Qırmızı Kitab"a düşəcək bir neçə bitki növü var"


Şuşada "Qırmızı Kitab"a düşəcək bir neçə bitki növü var.



"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova deyib.

O qeyd edib ki, 30 il müddətində işğaldan azad olunmuş ərazilərdə məhv olan bitki, göbələk və heyvan növlərinin sayı barədə məlumat çox az idi:

"Kitaba salınacaq həmin ərazilərdəki növlərlə bağlı monitorinqlərə başlanılacaq. Artıq Zəngilanda müəyyən marşrutlar üzrə ilkin radio-ekoloji monitorinqlər keçirilib. Botaniki tədqiqatlara cüzi də olsa, baxılıb. Su və torpaq nümunələri ilə bağlı ilkin işlər görülüb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu