Azad olunan ərazilərdəki qoruqlar birləşdirilə bilər
AFN xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib.
O bildirib ki, mina və partlamamış sursatlardan təmizlənmiş ərazilərdə artıq müəyyən işlər görülüb: "İlkin olaraq "Bəsitçay" və "Arazboyu" qoruqların birləşdirilməsi məsələsi planda var.
Bu qoruqlar bir-birinə yaxındır. Ona görə də həmin qoruqların birləşdirilməsi məsələsi var. Hələlik bununla bağlı real addım atılmayıb.
Əsas məqsədimiz azad edilən ərazilərdə milli parkların yaradılmasıdır ki, vətəndaşlarımız həmin əraziləri müşahidə edə bilsinlər.
Qoruq və yasaqlıqda müəyyən məhdudiyyətlər var. Amma biz işğaldan azad edilən ərazilərdə elə bir mühafizə olunan təbiət ərazisi yaratmaq istəyirik ki, vətəndaşlar ora gedə bilsinlər".