Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə gedib - FOTO


Azər­baycan Preziden­tinin köməkçisi - Prezident Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-pol­kov­nik Məhərrəm Əliyev və Dövlət Sər­həd Xid­mətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev mayın 3-4-də DSX-nin Sərhəd Qo­şun­ları­nın “Qubadlı” əlahiddə sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər ediblər.



DSX-nin Mətbuat Mərkəzindən AFN-ə bildirilib ki, səfər çərçivəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən və iş­ğal­ altında olan torpaqlarımız azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı Azər­baycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti yoxla­nıl­­ıb, son müddətdə bu ərazilərdə artıq 10 yeni hərbi hissənin fəaliyyətə başlamasının böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.

Aprelin 26-da Cəbrayıl rayonu ərazisində DSX-nin yeni inşa olunan hərbi hissəsinin açılış mərasimində Azərbaycan Prezidenti, Si­lah­lı Qüvvələrin Müzəffər Ali Baş Ko­mandanı İlham Əliyevin sərhədçilər qarşısında çıxışından irəli gələn məsələlərin qısa müddətdə həll olunmasının vacibliyi vurğulanıb, Azərbaycan sərhədçilərinin bu tapşırıqların da öhdəsindən layiqincə gələ­cəklərinə əminlik ifadə olunub.

Ezamiyyət müddətində əlahiddə sərhəd divi­zi­yasının xidməti ərazi­sin­də dövlət sər­hədinin etibarlı mühafizəsinin təşkili lstiqamətində həyata keçirilən fəa­liyyətlər, o cümlədən yeni hərbi hissələrin inşası­, sərhəd yol­larının çəkil­məsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikin­ti-quru­culuq işlə­­ri və təhlü­kəsizlik tədbirləri nəzərdən keçirilib, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sərhədçilərlə görüşül­üb, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­ri ilə tanış olunub.

Əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti mü­şa­virə keçirilib, vəzifəli şəxslərin xidməti ərazidə mövcud olan əməliy­yat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilib, hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsinin, dövlət sər­hədi­nin to­­xunul­maz­lığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsinin vacibliyi xüsusi qeyd olunub.

Səfər çərçivəsində həmçinin Azərbaycan-İran dövlət sərhədində Zən­gilan rayonu ərazisində “Bartaz” sərhəd zastavasında xidməti-döyüş fəaliy­yə­tinin təşkili, döv­lət sərhədinin etibarlı mühafizəsinin daha da yüksəl­dil­məsi üçün görülən işlərlə yerindəcə tanış olunub, şəxsi heyətin xidməti və yaşayış şəraitinə baxış keçirilib, zəruri tapşı­rıq və tövsiyələr verilib.













AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu