Azərbaycan himnini oxudu - Bir neçə saat sonra şəhid oldu - VİDEO


44 günlük Vətən Müharibəsinin daha bir qəhrəmanı şəhid Elşən Təvəkgül oğlu Mehbalıyevdir.



AFN xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri olmuş Elşən Mehbalıyev Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.

Qeyd edək ki, E. Mehbalıyev şəhidlik zirvəsinə ucalmamaışdan bir neçə saat əvvəl İTV kanalının hazırladığı süjetdə çəkilib. O, hətta Azərbaycan himnini ifa edərək ordumuzun vətənpərvərlik ruhiyyəsini nümayiş etdirib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Mehbalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

O, həmçinin Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu