TƏBİB-dən bütün şagirdlərin vaksinasiyası ilə bağlı xəbərdarlıq - VİDEO
Məktəblərdə bütün sinif şagirdləri və işçilər peyvənd olunmalıdır.
AFN xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında TƏBİB nümayəndəsi Fərrux Sədirov deyib. O bildirib ki, müəllimlərə peyvənd vurulub, şagirdlərə vurulmaması riskdir: “İki tərəfdən birinin peyvənd olunmaması eyni riski daşıyır. Yəni sinifdə bir nəfərin belə peyvənd olunmaması digərləri üçün təhlükəlidir. Bu səbəbdən bütün siniflər və məktəbdəki digər şəxslər də peyvənd olunmalıdır”.