Suriyada neft emalı zavodu yanır


Suriyanın Hüms şəhərindəki neft emalı zavodunda yanğın baş verib.



“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Zavod direktorunun sözlərinə görə, yanğına distillə qurğusunun nasazlığı və bunun nəticəsində baş verən yanacaq sızması səbəb olub. Yanğınsöndürənlər yanğını söndürmək üçün işləyirlər.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu