Sorğuda Sahil Babayev "birinci" oldu: 43 faiz ƏƏSMN rəhbərinin işini bəyənmədi


Milli Sorğu Mərkəzinin www.sorgu.az saytında aparılan bəzi sorğular başa çatıb.


AFN xəbər verir ki, sayt ilk günlərdən böüyk maraqla qarşılanıb. Müəyyən müddətə fəaliyyətini donduran sorğu.az saytı bir həftə öncə yenidən fəaliyyət başlayıb və ilk həftə üçün 7 sorğu müəyyənləşdirib. Həmin sorğular aşağıdakılardır:

1. Qarabağda birgəyaşayış olsunmu?
2. Sahil Babayev nazir təyin olunandan vəziyyət necə dəyişib?
3. İntiharların səbəbi nədir? Kasıbçılıq.
4. Deputatınızın fəaliyyətindən razısınızmı?
5. Qanunvericiliyə şəhidlərin toxunulmazlığı ilə bağlı maddə salınsınmı?
6. Azərnbaycanın ən yaxın dostu hansı ölkədir?
7. Ən çox nədən narazısız?


Sorğuda iştirak edən vətəndaşların diqqətini ən çox "Sahil Babayev nazir təyin olunandan vəziyyət necə dəyişib?" sualı çəkib. 4684 nəfərin cavablandırdığı suala 37 faiz "yaxşı", 43 faiz "pis", 8 faiz "dəyişməyib", 7 faiz "əvvəl daha yaxşı idi", 5 faiz isə "cavab verməkdə çətinlik çəkirəm" cavabını seçib.
İkinci ən çox diqqət çəkən sual "İntiharların səbəbi nədir" olub. 2235 nəfərin 68 faizi "kasıbçılıq", 17 faizi "psixoloji problemlər", 3 faizi "sevgisizlik", 5 faizi "internet", 7 faizi "ailədəki durum" cavabını seçib.
Digər sorğuların cavabları ilə tanış olmaq üçün aşağıdakı linkə daxil olun:

www.sorgu.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu