Bank hesablarından oğurluq edən şəxs saxlanılıb
![](https://static.report.az/photo/42d7f101-89c5-4d84-a156-d8a421d06392_850.jpg)
Bakıda bank hesablarından oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən AFN-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri olan 6 nəfərin bank hesablarından ümumilikdə 2 352 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Nəcəfli müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.