Ağcabədi sakinindən marixuana götürüldü


Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan AFN-ə verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib.

Nəticədə narkotik vasitə olan marixuanın alqı-satqısı ilə məşğul olan Hindarx qəsəbə sakini Sadiq Gözəlov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 kiloqramdan artıq marixuana və 10 qramdan artıq çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu