Ağcabədi sakinindən 7 kq-dan artıq narkotik götürülüb


Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.


Bu barədə AFN.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini Taleh Əliyev saxlanılıb. İlkin olaraq onun üzərinə baxış keçirilərkən marixuana aşkar edilib. Daha sonra onun yaşadığı ünvana baxış zamanı 7 kiloqram 300 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu