Qobustanda dərman tullantılarını saxlamaq üçün yeni poliqon inşa ediləcək


Kənd Təsərrüfatı Nazirliyi Qobustan rayonunun Cəngi kəndi ərazisində yararsız “Pestisid” dərman tullantılarını saxlamaq üçün yeni poliqonun inşa edilməsi məqsədi ilə dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan açıq tender elan edib.

AFN xəbər verir ki, tenderdə iştirak haqqı yoxdur.

İddiaçılar ilkin sənədləri aprelin 4-ü, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 17-si, saat 17:00-a qədər nazirliyə - Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 80 ünvanına ("Hökumət Evi") təqdim edə bilərlər.

Telefon : (012) 498-08-44.

Təkliflərə mayın 18-də, saat 16:00- da qeyd olunan ünvanda baxılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu