Azərbaycanda daha 426 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb.



Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 330 269 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 315 415 nəfər müalicə olunaraq sağalıb, 4 792 nəfər vəfat edib. 10 062 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 877, bu günə qədər isə ümumilikdə 3 392 930 test icra olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu