Azərbaycanda itkin düşən tələbədən XƏBƏR VAR - Borcu varmış


Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin itkin düşən III kurs tələbəsi Hüseynov İlkin Saleh oğlu tapılıb.



AFN xəbər verir ki, o, özü sosial şəbəkədə paylaşım edib.

İ.Hüseynov paylaşımında artıq evdə olduğunu bildirib: "Bu çətin 7 gün ərzində məni axtaran və ailəmin yanında olan hər kəsə təşəkkür edirəm. Hər şeyin bundan da yaxşı olması diləyi ilə".

İ.Hüseynovun atası bildirib ki, oğlu bu müddət ərzində Bakıda olub: "İlkin işlədiyi restorandan əmək haqqısını aldıqdan sonra xərcləyib.

Bundan başqa, tanışından da 200 manata yaxın pul götürüb və onu da xərcləyib. Borcunu qaytara bilməyəcəyini fikirləşib və utandığından evə gəlmək istəməyib.

Bir neçə gün Bakıda gözdən uzaq yerlərdə gecələyib. Nəhayət evə dönməyə qərar verib. Hazırda evdədir. Şükür indi hər şey yaxşıdır və səhhəti də normaldır".

Qeyd edək ki, bir həftə əvvəl Şabran rayon sakini Saleh Hüseynov oğlunun itkin düşməsi barədə məlumat vermişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu