Yük avtomobilləri toqquşub, xəsarət alanlar var


Quba rayonunda yol qəzası olub.

Bu barədə AFN-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayon ərazisində “Shacman” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Keçirilən tədbirlər nəticəsində müxtəlif xəsarətlər alaraq avtomobillərdən birində sıxılı vəziyyətdə qalan sürücü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu