Siyəzəndə yol qəzasında 3 nəfər ölüb




Siyəzən rayonunda ağır-yol nəqliyyat hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AFN-ə bildirilib ki, “KamAZ” markalı yük avtomobili və “Renault” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu