"Fənərbağça"da prezident seçkilərinin vaxtı dəyişdi


Türkiyənin "Fənərbağça" klubunda prezident seçkilərinin vaxtı dəyişib.



"Report" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyası səbəbindən karantin tədbirlərinin mərhələli şəkildə yumşaldılması səbəb olub.

Seçki prosesinin 12 - 13 iyunda gerçəkləşməsi qərara alınıb.

Qeyd edək ki, daha əvvəl seçkilərin 29-30 mayda, kifayət qədər səs çoxluğu əldə edilməsə, 5-6 iyunda da olacağı açıqlanmışdı.

"Fənərbağça"nın hazırkı prezidenti Ali Koç bu vəzifəyə 2018-ci ildə seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu