Milli Məclis sədri: "Avropa Parlamentinin qətnaməsi bir kağız parçasıdır"
AFN xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
"Avropa parlamenti bir milyondan çox məcburi köçkünün taleyinə səssiz qalırdı. Sözügedən qətnamə də bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Sadəcə olaraq bir kağız parçasıdır”, - o əlavə edib.