Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib
Milli Məclis Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “seçkilər”ə münasibət bildirmədiyinə görə Avropa Şurası Parlament Assambleyasına etiraz məktubu göndərib.
“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, AŞPA-nın bu qondarma “seçkilərə” münasibət bildirməməsi təəssüf doğurur. S.Qafarova həmçinin anti-milli qüevvələri tənqid edib. O qeyd edib ki, həmin anti-milli qüvvələr ermənilərin maraqlarına xidmət edirlər.